Müqavilənin bağlanması üçün təklif (ümumi oferta)

1.1. “Kibrit.TECH” MMC Xidmətlərin Qiymət Cədvəlində nəzərdə tutulmuş məsafədən xidmətlərin göstərilməsi haqqında ümumi oferta elan edir və bu ümumi oferta açıq şəkildə https://universum.az/oferta internet saytında yerləşdirilir.
1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinə müvafiq olaraq, hazırkı sənəd ümumi ofertadır və aşağıda ifadə edilmiş şərtlər qəbul edildiyi halda, bu ofertanın akseptini icra edən fiziki şəxs, Sifarişçinin təklif etdiyi xidmətlərin Müqavilənin şərtlərinə müvafiq olaraq ödənişini həyata keçirir.
1.3. Ofertanı aksept edən fiziki şəxs aşağıda qeyd edilən şərtləri qəbul etdiyi təqdirdə, bu oferta aksept edimiş hesab edilir:
  • Sifarişçi tərəfindən https://universum.az/ saytına daxil olarkən göstərilən və ya həmin saytın digər bölmə və hissələrində yerləşdirilmiş "Təklifin şərtlərini qəbul edirəm" düyməsinin basılması;
  • Sifarişçi tərəfindən https://universum.az/ saytına daxil olarkən göstərilən və ya həmin saytın digər bölmə və hissələrində yerləşdirilmiş "şəxsi (fərdi) məlumatların emalı və gizlilik siyasəti ilə bağlı qaydaları qəbul edirəm" düyməsinin basılması.
  • İcraçının göstərdiyi xidmətlərin əvəzində tələb etdiyi Tarif dəyərini Müqavilədə göstərilən qaydada ödəmək.
  • Platformaya və onun ayrı-ayrı hissələrinə daxil olmaq üçün Platformanın nəzərdə tutulmuş funksiyası vasitəsilə əlavə giriş əldə etmək üçün ərizə vermək.
1.4. İcraçının göstərdiyi xidmətlərin əvəzində tələb etdiyi Tarif dəyərini ödəyərkən Sifarişçi:
  • özü haqqında verilən məlumatların düzgünlüyünə və aktuallığına zəmanət verir;
  • əqdi bağlamaq üçün müvafiq yaş həddinə çatdığına və fəaliyyət qabiliyyətli olmasına zəmanət verir;
  • özü haqqında qeyri-dəqiq (yalan), qeyri-aktual və ya natamam məlumatların göstərilməsindən irəli gələn hər hansı nəticələrə görə özünün təkbaşına məsuliyyət daşıyacağına razılaşır.

1.5. Ofertanın Sifarişçi tərəfindən aksept edildiyi tarix (Müqavilənin bağlandığı tarix), İcraçı tərəfindən xidmətlərin göstərilməsi üçün İcraçının hesablaşma hesabına pulun köçürüldüyü tarixdir.

Müqavilə

1. Əsas anlayışlar
Müqavilədə və onun ayrı-ayrı hissələrindən başqa cür birbaşa nəticəyə gəlinmədiyi təqdirdə, aşağıda göstərilən terminlər qeyd edilən müvafiq mənaları daşıyacaqdır:

Platforma
Əqli mülkiyyət hüquqlarının kompleks obyektidir. İnternetdə https://universum.az/ ünvandan əlçatan ola bilən, Müstəsna hüququ İcraçıya məxsus olan, müəyyən bir nəticə əldə etmək üçün EHM və digər kompüter cihazlarının işləməsi üçün nəzərdə tutulmuş, obyektiv təqdim edilmiş məlumatlar və əmrlər toplusundan ibarət proqramda olan məlumatlar və onun yaratdığı audiovizual təsvirlərlə birlikdə interaktiv (multimediya) qarşılıqlı əlaqə üçün tətbiqi proqram təminatı da daxil olmaqla multimedia məhsulu olan məlumat sistemi

Burada nəticə dedikdə, Müştərinin seçdiyi mövzu üzrə özünütədris prosesinin təşkili, audiovizual kontent dedikdə isə bütün məlumat, mətn, qrafik elementlər, dizayn, şəkillər, foto və video materiallar, həmçinin digər əqli mülkiyyət obyektlərinin cəmi başa düşülür ki, Müştəriyə onlara müraciət etmək imkanı müxtəlif verilənlər və əmrlərdən istifadəsi vasitəsilə təqdim olunur.

Sayt
https://universum.az/ domen zonası daxilində bu cür məlumatların İnternetdə olmasını təmin edən məlumat sistemində olan məlumatların, mətnlərin, qrafik elementlərin, dizaynın, şəkillərin, foto və video materialların, intellektual fəaliyyətin digər nəticələrinin toplusu olan, tətbiqi proqram təminatının həyata keçirildiyi elektron ünvandır.

Şəxsi kabinet
Sifarişçinin qeydiyyatı nəticəsində yaradılan və Saytda bunun üçün nəzərdə tutulan sahələrə onun doğrulama (autentifikasiya) məlumatlarını (elektron poçt ünvanları və parol) daxil edərkən mövcud olan Platformanın qorunan səhifələrinin toplusudur. Sifarişçi tərəfindən Şəxsi Kabinet vasitəsi ilə edilən hüquqi əhəmiyyətli hərəkətlər, elektron imzanın identifikatoru və açarı onun doğrulama (autentifikasiya) məlumatları olan onun sadə elektron imzası ilə edilən hərəkətlərdir.

Kurs
Girişi Sifarişçiyə müəyyən məlumatlar və əmrlər verməklə ötürülən, müəyyən bir ardıcıllıqla yerləşdirilmiş və müvafiq mövzuda Sifarişçi tərəfindən müstəqil olaraq bilik və bacarıq əldə edilməsinə yönələn vahid mövzu ilə birləşdirilmiş bir -biri ilə əlaqəli fəaliyyət və materiallardan (mətnlər, foto və video materiallar, digər intellektual hüquq obyektləri) ibarət olan Platformada olan məlumatların müəyyən bir hissəsidir. Müqavilənin konkret bir şərtindən başqa hal nəzərdə tutulmadıqda, hazırkı Müqavilənin mətnində "Kurs" termini Peşə mənasının ehtiva edir.

Peşə
Sifarişçi tərəfindən müəyyən bir mövzuda daha dərin bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə yönəlmiş Kurslar toplusudur.

Dərs
Platformanın funksionallığı vasitəsilə aşağıdakı formatlardan birində məsafədən (onlayn) təqdim olunan Mühazirə;
Vebinar - real vaxt rejimində onlayn yayımlanan mühazirə. Mühazirəyə vebinar formatında daxil olmaq üçün Müştəri, Şəxsi kabinetdə və ya Saytın müvafiq səhifəsində göstərilən tarix və saatda Platformada Sifarişçi tərəfindən müəyyən edilmiş elektron keçidə (linkə) daxil olur.
Audio və ya Videoyazı – öncədən yazılmış və sonradan onlayna qoyulmuş mühazirə. Müştəri həmin mühazirəyə istənilən vaxt müraciət edə bilər.

Tarif
Sifarişçi tərəfindən seçilmiş kurs çərçivəsində İcraçının xidmətlərinin dəyəridir. Tariflər İcraçı tərəfindən https://universum.az/ saytında dərc olunur.

Modul
Tək bir mövzu ilə birləşdirilmiş Dərslər blokundan ibarət olan Kursun ayrılmaz hissəsidir.

Kontent
Xəbərlər (mesajlar), şərhlər və s., o cümlədən İstifadəçinin platformada yerləşdirdiyi müəllif hüquq obyektləridir.

2. Müqavilənin predmeti
2.1. İcraçı "İnternet" informasiya və kommunikasiya şəbəkəsi vasitəsilə Sifarişçiyə Platformaya (bundan sonra "Xidmətlər" adlanacaq) məsafədən giriş imkanı verməyi, Sifarişçi isə, Müqavilənin 4.8 -ci bəndinə uyğun olaraq İcraçıya verilən giriş üçün haqq ödəməyi öz öhdəsinə götürür. İcraçı Sifarişçiyə Platformanın yalnız Sifarişçinin seçdiyi Kursa uyğun olan hissəsinə (Kursa daxil olmaq üçün lazım olan məlumatlar və əmrlərə) çıxışı təmin edir.
2.2. İcraçı ilə əlavə razılaşma əsasında Sifarişçi tərəfindən göstərilən üçüncü tərəfə giriş imkanı Sifarişçinin onun hərəkətlərinə öz hərəkətləri kimi məsuliyyət daşıması şərtilə təmin edilə bilər. Bu halda, Müqavilənin icrası çərçivəsində, üçüncü tərəf Sifarişçiyə bərabər tutulur və Müqavilədə başqa şərt birbaşa göstərilmədiyi təqdirdə İstifadəçi ilə eyni hüquq və vəzifələrə malikdir.
2.3. İcraçı keçilməsi mümkün olan Kursların siyahısını Platformada yerləşdirir. Kursun qiyməti, məzmunu, cədvəli haqqında (dərslərin keçirilməsi tarixi və vaxtı) məlumatlar Saytda seçilmiş Kursun səhifəsində Sifarişçiyə verilir. Sifarişçinin İcraçının salam@universum.az elektron poçtuna göndərilən yazılı tələbi ilə İcraçı, Sifarişçiyə Kurs haqqında ətraflı məlumatı Platformada qeydiyyatdan keçərkən Sifarişçinin göstərdiyi elektron poçtuna göndərir.
2.4. Xidmətlər Sifarişçinin Platformaya çıxışı təmin edildiyi andan etibarən İcraçı tərəfindən göstərilmiş hesab edilir.

3. Kursa girişin təmin edilməsi qaydaları
3.1. Kursa girişin təmin edilməsi altında Platformanın bir hissəsi ilə qarşılıqlı əlaqə qurmağa imkan verən müəyyən verilənlər və əmrlər toplusuna girişin təmin edilməsi başa düşülür.
3.2. İcraçı, Sifarişçinin Saytda qeydiyyatdan keçməsindən və Müqavilənin 4.7 -ci bəndində nəzərdə tutulmuş qaydada Xidmətlərin dəyərinin ödənilməsindən sonra Sifarişçiyə Kursa giriş imkanı verir.
3.3. İcraçı, Saytda qeydiyyat zamanı göstərilən elektron poçt ünvanına Kursun keçid linkini göndərməklə Sifarişçiyə Girişin təmin edilməsi barədə məlumat verir.
3.4. Kurs Modullardan ibarətdir. Kursdan asılı olaraq Sifarişçinin Kurs Modullarına giriş imkanı İcraçının seçimi ilə aşağıdakı kimi təmin oluna bilər:
a) Kursun bütün Modullarına eyni zamanda;
b) Sifarişçinin irəliləyişindən asılı olaraq: hər bir növbəti Modula giriş Sifarişçinin əvvəlki Modulu keçməsindən sonra;
c) Modullar Platformaya yerləşdirilmək üçün hazır olduqca (Modlulların hazırlanma cədvəli Kursun səhifəsində təqdim olunur)..
3.5. Kursun məzmunu İcraçı tərəfindən birtərəfli qaydada, Kursdakı məlumatların miqdarının artırılması və ya dəyişdirilməsi yolu ilə dəyişdirilə bilər.

4. Tərəflərin əlavə hüquqları və öhdəlikləri
4.1. İcraçı aşağıdakıları öz öhdəsinə götürür:
4.1.1. İcraçı, iş günlərində Bakı vaxtı ilə 10: 00 -dan 18: 00 -a qədər Xidmətlərin göstərilməsi və Platformanın istismarı ilə bağlı Sifarişçiyə məlumat dəstəyini vermək. Dəstəklə bağlı bütün suallar Sifarişçi tərəfindən salam@universum.az elektron poçt ünvanına göndərilir.
4.1.2. Platformanın texnoloji hissəsində İcraçı tərəfindən və ya İcraçının təqsiri ucbatından səhvlər/çatışmazlıqlar aşkar edildikdə, aşkar edilmiş səhvləri/çatışmazlıqları ağlabatan müddətdə öz maddi-texniki resursu, eləcə də 3-cü şəxslərin vasitəsilə öz hesabına aradan qaldırmaq.

4.2. İcraçı aşağıdakı hüquqlara malikdir:
4.2.1. Sifarişçi ilə razılaşdırmadan üçüncü şəxslərin hərəkətləri üçün öz hərəkətlərinə məsuliyyət daşıdığı kimi məsuliyyət daşımaqla yanaşı, bu Müqavilənin icrası üçün onları cəlb etmək.
4.2.2. Hazırkı Müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi üçün Sifarişçidən bütün zəruri məlumatları, sənədləri tələb etmək.
4.2.3. Xidmətlərin dəyərini dəyişdirmək: Xidmətlərin həqiqi dəyəri haqqında məlumat Sifarişçi üçün müəyyən bir Kursun səhifəsində yerləşdirilmiş https://universum.az/ saytında mövcuddur və Sifarişçi tərəfindən artıq ödənilən Kursa girişlə əlaqədar olaraq Xidmətlərin dəyərində dəyişiklik edilmir.
4.2.4. İcraçının texniki mənbələrində lazımi planlı profilaktik və təmir işlərini həyata keçirmək üçün Platformanın fəaliyyətini müvəqqəti dayandırmaq.
4.2.5. Hazırkı Müqavilə Sifarişçi tərəfindən pozulduqda və ya Sifarişçi bütün lazımi məlumatları vermədiyi təqdirdə, yaxud da Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Müqavilə çərçivəsində xidmətlərin göstərilməsi üçün lazım olan məlumatların Sifarişçi tərəfindən natamam təqdim edilməsi təqdirdə, Platformaya girişi dayandırmaq.
4.2.6. Fərdi Dərslərin mövzularını, məzmununu, müvafiq Dərslərin sayını, tarixlərini və vaxtlarını da daxil olmaqla Kursun məzmununu dəyişdirmək, Modulları Platformaya yerləşdirmə cədvəlini və Modullara girişin açılma vaxtını dəyişdirmək, Ekspertləri əvəz etmək hüququna malikdir. Bu cür dəyişikliklər haqqında məlumat Sifarişçi üçün Şəxsi kabinetdə yerləşdirilir.

4.3. Sifarişçi aşağıdakıları öz öhdəsinə götürür:
4.3.1. İcraçının Xidmətlərinin dəyərini vaxtında və tam ödəmək.
4.3.2. Xidmətlərin göstərilməsi üçün (o cümlədən Saytda qeydiyyatdan keçərkən) lazım olan tam və etibarlı məlumatları vaxtında vermək.
4.3.3. Platformadakı şəxsi kabinetə giriş və şifrəsinin məxfiliyini təmin etmək.
4.3.4. Kursu keçərkən etik davranış standartlarına riayət etmək, xüsusilə də, Kursun mənimsənilməsi mövzusu ilə əlaqəli olmayan mesajları ümumi söhbət çatlarında dərc etməmək, digər Sifarişçilərə, İcraçının işçilərinə, İcraçıya qarşı kobud rəftar göstərməmək, təhqiramiz ifadələrə yol verməmək.

4.4. Sifarişçi aşağıdakı hüquqlara malikdir:
4.4.1. Kursa girişi (işlərin yoxlanması funksionalı hissəsində) İcraçı ilə bu Müqaviləyə dair əlavə bir razılaşma ilə tərtib edilmiş əvvəlcədən yazılı razılıq əsasında müəyyən bir müddət üçün dayandırmaq.
4.4.2. Kursa daxil olarkən Xidmətlərin göstərilməsi proseduru və Platformanın işləməsi ilə bağlı məsələlərdə məlumat dəstəyi almaq.
4.4.3. “Şəxsi (fərdi) məlumatların emalı və gizlilik siyasəti ilə bağlı qaydaları”nda nəzərdə tutulmuş hallarda Xidmətlərin göstərilməsini dayandırmaq.

4.5. Maliyyə şərtləri
4.6. İcraçının Xidmətlərinin dəyəri Saytda göstərilən Tariflərə uyğun olaraq müəyyən edilir.
4.7. İcraçının xidmətlərinin dəyərinin ƏDV-yə cəlb edilməsi məsələsi vergi qanunvericiliyinə müvafiq olaraq həll edilir.
4.8. Sifarişçi birdəfəlik tarifin 100% (yüz faiz) məbləğində ödəniş edir.
4.9. İcraçının xidmətlərinə görə ödəmə öhdəliklərinin Sifarişçi tərəfindən yerinə yetirildiyi tarix İcraçının hesablaşma hesabına pul vəsaitinin daxil olduğu tarixdir.
4.10. Saytda və ya elektron poçtla alınan bir bildiriş əsasında Xidmətlər üçün ödəniş edərkən Sifarişçi ödəmə etmək üçün avtomatik olaraq ödənişlərin qəbul sistemi səhifəsinə yönləndirilir. İcraçı elektron ödəniş sisteminin aparat və proqram kompleksinə nəzarət etmir. Əgər bu cür səhvlər nəticəsində Sifarişçinin vəsaitləri silinmişsə, lakin ödəniş elektron ödəniş sistemi tərəfindən icazə verilməmişdir, pulların Sifarişçiyə qaytarılması ilə bağlı öhdəlik elektron ödəniş sisteminin provayderinin üzərinə düşür.
4.11. Sifarişçi, İcraçının ortaq bankı tərəfindən Sifarişçiyə verilmiş İcraçının Xidmətlərini kreditlə ödəmək hüququna malikdir. Sifarişçiyə Kredit ortaq bank tərəfindən nəzərdə tutulmuş şərtlərlə verilir
4.12. Xidmətlərin göstərilməsinə dair aktlar İcraçı tərəfindən Sifarişçinin özü tərəfindən İcraçının salam@universum.az elektron poçtuna göndərilən sorğusu ilə verilir.
4.13. Maliyyə sənədləri elektron qaydada Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Sifarişçinin saytda qeydiyyat zamanı göstərilən poçtuna göndərilir.

5. Əqli mülkiyyət
5.1. Platformanın bir hissəsi də daxil olmaqla müstəsna hüquq İcraçıya məxsusdur, yaxud da ona bütün lazımi hüquq və icazələr verilir.
5.2. Sifarişçi, bu Müqaviləyə uyğun olaraq Platformaya daxil olduğu bütün müddət ərzində Platformanı təqdim olunan funksional və mövcud məlumatlarla interaktiv qarşılıqlı əlaqə çərçivəsində istifadə etmək hüququna malikdir.
5.3. Sifarişçinin vəzifələri aşağıdakılardır:
  • İcraçının intellektual fəaliyyətinin nəticələrinə olan hüquqlarını pozan hərəkətlərdən çəkinməli, xüsusilə də, İcraçının yazılı icazəsi olmadan İcraçının intellektual fəaliyyətinin heç bir nəticəsini kopyalamamalı, yazmamalı, çoxaltmamalı və yaymamalıdır;
  • İcraçının müstəsna hüquqlarının pozulması ilə bağlı məlum olan
  • faktları dərhal İcraçıya bildirməlidir;
  • üçüncü şəxslərə Platformada Şəxsi Kabinetinə daxil olmaq üçün öz doğrulama məlumatlarını verməməlidir. Login və parol itdikdə, həmçinin üçüncü şəxslər giriş və şifrəyə qanunsuz daxil olduqda, Sifarişçi, salam@universum.az ünvanına bildiriş göndərməklə bu barədə dərhal İcraçıya məlumat verməyi öhdəsinə götürür. Göstərilən bildiriş göndərilənə qədər Sifarişçinin Şəxsi Kabinetindən istifadə edərək edilən bütün hərəkətlər Sifarişçi tərəfindən edilmiş sayılır.

5.4. Sifarişçinin Platformadan, onun məzmun və komponentlərindən (həm bütövlükdə, həm də hissə-hissə) və İcraçı tərəfindən hazırlanmış digər texniki həllərdən istifadə etməsi həm ümumi, həm də qismən intellektual fəaliyyətin nəticələrinin hüquqlarının Sifarişçiyə və / və ya hər hansı bir üçüncü tərəfə verilməsi (özgəninkiləşdirilməsi) demək deyildir.
5.5. Məxfi məlumatlara İcraçı tərəfindən Xidmətlərin göstərilməsi prosesi ilə bağlı olan, ictimaiyyətə açıq şəkildə yayımlanmayan və ictimaiyyətə açıq olmayan hər hansı bir məlumat aid edilir. Sifarişçi Xidmətlərin göstərilməsi zamanı İcraçı tərəfindən verilən məxfi məlumatları (ictimaiyyətə açıq olan məlumatlar istisna olmaqla) və digər məlumatları İcraçının əvvəlcədən yazılı razılığı olmadan üçüncü şəxslərə açıqlamamağı öhdəsinə götürür.

6. Platformadakı kontent (məzmun) və şərhlər
6.1. Sifarişçi Platformanın funksionallığına əsaslanaraq, əgər bu mümkündürsə, Platformada Kontent (Məzmun) yerləşdirmək hüququna malikdir. Eyni zamanda, Məzmunu yerləşdirərkən Sifarişçi aşağıdakı yollarla müstəsna hüquq müddətində Kontenti dünyanın bütün ölkələrinin ərazisində istifadə etmək hüququnu qəbul edir:
6.1.1. Kontenti yenidən tərtib etmək (kopyalamaq);
6.1.2. Kontenti yaymaq;
6.1.3. Kontenti və onun ayrı -ayrı hissələrini ictimaiyyətə onların ardıcıllığına əməl etmədən göstərmək;
6.1.4. Kontenti tərcümə etmək və ya başqa şəkildə emal etmək;
6.1.5. Kontenti (məzmunu) ictimaiyyətə elə çatdırmalıdır ki, hər kəs öz seçimi ilə hər hansı bir yerdən və istənilən vaxt əsərdən (geniş ictimaiyyətlə çatdırılması) istifadə edə bilsin.
6.2. Sifarişçi Saytda Məzmun daxil olmaqla qanuni hüquq və maraqlarını pozan hər hansı bir məlumat taparsa, Sifarişçi Müqavilədə göstərilən e-poçt ünvanına bir mesaj göndərməklə İcraçıya uyğun bir ərizə ilə müraciət etmək hüququna malikdir. Ərizədə, pozulmuş hüquq və maraqların mahiyyətini, müvafiq məlumatları göstərməklə, iddiaların qanuniliyini təsdiq edən sənədlər əlavə edilməli, detalları göstərilməli, o cümlədən pasport məlumatları və əlaqə məlumatları təqdim edilməli, belə bir tətbiqin göndərilməsi ilə əlaqədar olaraq şəxsi məlumatların işlənməsinə razılıq verilməlidir.
6.3. Sifarişçi, Sayt və Şəxsi Kabinet vasitəsi ilə aşağıdakıları nəzərə alaraq Saytın xüsusi bölmələrində məlumat və şərhlər yerləşdirmək imkanına malikdir:
6.3.1. bu cür məlumatlar Saytın mövzusuna uyğun olmalıdır. İcraçı, öz istəyi ilə, bu cür məlumatların Saytın mövzusuna uyğunluğunu müəyyən edir və bu meyarlara cavab vermirsə, bu məlumatları silmək hüququna malikdir;
6.3.2. İcraçının razılığı olmadan digər internet saytlarına hər hansı bir istinadların yerləşdirilməsi qadağan edilir. İcraçı Sifarişçi tərəfindən yerləşdirilən bu cür məlumatları silmək hüququna malikdir;
6.3.3. üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan, o cümlədən intellektual məlumatların və aşağıdakı digər məlumatların yerləşdirilməsi qadağandır:
• təhdid, təhqir, təhqir ehtiva edən, qeyri-etik və vulqar sözlər ehtiva edən, şərəf və ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən və ya Sayt istifadəçilərinin, üçüncü tərəflərin, İcraçının məxfiliyini pozan;
• azyaşlıların hüquqlarını pozan məlumatlar;
• qeyri-etik, vulqar və ya nalayiq sözləri ehtiva edən, pornoqrafik və ya erotik şəkillər və mətnlər və ya yetkinlik yaşına çatmayanların iştirak etdiyi cinsi xarakterli səhnələrdən ibarət olan məlumatlar;
• heyvanlara qarşı şiddət və ya qeyri-insani davranış səhnələrindən ibarət olan məlumatlar;
• intihar vasitələri və üsulları, onu törətmək üçün hər hansı bir təşviq edən məlumatları ehtiva edən;
• irqi, dini, etnik və ya hər hansı digər formada nifrət və ya düşmənçiliyi təşviq edən və / və ya ona töhfə verən, faşizmi və ya irqi üstünlük ideologiyasını təbliğ edən məlumatlar;
• ekstremist materiallardan ibarət məlumatlar;
• cinayət fəaliyyətini təşviq edən və ya cinayət əməllərinin edilməsi üçün tövsiyələr, təlimatlar və ya təbliğatlar olan məlumatlar;
• dövlət və kommersiya sirri daxil olmaqla, üçüncü şəxslərin şəxsi həyatı haqqında məlumat daxil olmaqla məhdud istifadə üçün nəzərdə tutulan məlumatlar;
• narkotik vasitələrin və ya onların prekursorlarının istifadəsinin cəlbediciliyini reklam edən və ya təsvir edən;
• Fırıldaqçılıq və ya dələduzluq xüsusiyyəti daşıyan və aşılayan;
• diqqəti cəlb etmək üçün müdaxilə üsullarını ehtiva edən, o cümlədən (lakin istisna olmayaraq) böyük hərflərlədən ibarət başlıqlar, çoxlu durğu (nöqtə, vergül və s.) işarələrindən, xüsusi şrift və s. ibarət olan məlumatlar;
• vətəndaşların və hüquqi şəxslərin digər hüquq və maraqlarını və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan məlumatlar;
• İcraçı ilə razılaşdırılmadan istənilən formada və ya üsulda olan reklam məlumatları.
6.3.4. İcraçı, Azərbaycan Respublikasının qanunvericiliyinə və Müqaviləyə uyğunluğunu təmin etmək üçün Sifarişçinin Saytda yerləşdirdiyi məlumatları redaktə etmək və ya silmək hüququna malikdir.
6.3.5. Saytdan istifadə edilməsinə yol verilmir:
• Məlumatın kütləvi şəkildə yayılması (spam göndərilmələri də daxil olmaqla) və yüklənməsi, saxlanması, nəşr edilməsi, yayılması yaxud da üçüncü tərəflərə Saytın normal fəaliyyətində dəyişikliklər etməyə imkan verən hər hansı bir proqram təminatına çıxışın təmin edilməsi məqsədilə;
• Müqavilə və ya İcraçı ilə Sifarişçi arasındakı digər razılaşmalarda və ya İcraçının birtərəfli sənədlərində, şərtləri Sifarişçiyə aid olan hallar istisna olmaqla, Sifarişçinin hər hansı bir sahibkarlıq fəaliyyəti və ya gəlir əldə etməyə yönəlmiş hər hansı bir fəaliyyət göstərməsi üçün.

7. Məxfililik
7.1. Məxfilik, İcraçı tərəfindən Xidmətlərin göstərilməsi prosesi ilə bağlı, ictimai yerdə yayımlanmayan və ictimaiyyətə açıq olmayan hər hansı bir məlumatı ehtiva edir. Sifarişçi, İcraçının əvvəlcədən yazılı razılığı olmadan Xidmətlərin göstərilməsi zamanı (ictimaiyyətə açıq olan məlumatlar istisna olmaqla) İcraçı tərəfindən verilən məxfi məlumatları və digər məlumatları açıqlamamağı öhdəsinə götürür.
7.2. Xidmətlərin təqdim edilməsi çərçivəsində Sifarişçiyə Platform vasitəsi ilə daxili məlumat sistemləri, saytlar da daxil olmaqla, üçüncü tərəf müəlliflərin proqram təminatı (bundan sonra "PT") ilə təmin oluna bilər. Bu halda, Sifarişçi Kursun keçirilməsi üçün lazım olanlar istisna olmaqla, PT ilə heç bir hərəkət edə bilməz. Bu cür PT-dən istifadə hüququnun verilməsi müddəti kursun keçirilməsi müddəti ilə məhdudlaşır. Sifarişçi proqram təminatı ilə bağlı məlumatların məxfiliyini qorumağa borcludur və bu cür proqramın müəllif hüquqları sahibinin razılığı olmadan onları açıqlamaq hüququna malik deyildir. Eyni zamanda hər hansı bir PT-nin yaradılması və ya yenidən işlənməsi baş verdikdə, Sifarişçi müstəsna hüququ yenidən işlənmiş PT-ya və ya başqa bir şərt Tərəflər tərəfindən xüsusi razılaşdırılmadığı təqdirdə, PT-nin yaradıldığı və ya işləndiyi andan etibarən giriş imkanını təmin edən Şirkət tərəfindən yaradılan proqrama təmənnasız olaraq ötürür.

8. Tərəflərin məsuliyyəti
8.1. İcraçı, təqsirkar olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
8.2. İcraçı İnternet bağlantısının keyfiyyətinə və Sifarişçinin avadanlıq və proqram təminatının işləməsinə görə məsuliyyət daşımır.
8.3. Sifarişçi Müqavilənin 6.3 -cü bəndlərində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirmədikdə və İcraçı tərəfindən kursun məzmununa üçüncü şəxslərin giriş faktı müəyyən edildikdə Sifarişçi, İcraçının yazılı tələbi ilə məhkəmədən kənar şəkildə üçüncü şəxslərə icazəsiz girişin hər bir hadisəsi üçün 3.000 (üç min) manat cərimə ödəməlidir.
8.4. Sifarişçi tərəfindən Müqavilənin şərtləri pozulduqda, İcraçı, Sifarişçinin Şəxsi Kabinetə girişini dayandırmaq, Sifarişçinin Platformaya və ya müəyyən bir Kursa(lara) girişini bloklamaq hüququna malikdir.
8.5. İcraçı mesajlaşma ("WhatsApp", "Viber", "Telegram") söhbətlərində yerləşdirilən məlumatların məzmununa görə, o cümlədən Sifarişçinin bu cür söhbətlərdə üçüncü şəxslərin buraxdığı şəxsi məlumatlarının istifadəsinə görə məsuliyyət daşımır.
8.6. Şəxsi Kabinet də daxil olmaqla platforma və proqram təminatı "Olduğu kimi" təmin edilir. Platformadan istifadə riski Sifarişçinin üzərinə düşür. İcraçı bu Müqavilə üzrə öhdəliklərin özünün təqsiri olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə və həmçinin aşağıdakılardan yarana biləcək zərərə görə məsuliyyət daşımır:

• Platformanın və (və ya) digər proqram təminatının işində proqram təminatındakı koddakı səhvlər, kompüter virusları və proqramdakı digər kənar kod fraqmentlərinin səbəb olduğu nasazlıqdan;
• İnternet bağlantılarının (müəyyən edilməsinin mümkün olmaması, dayanması və s.) olmamasına görə;
• İnternetdəki ticarət təşkilatlarının iqtisadi fəaliyyətinə dair dövlət tənzimləməsinin (və ya digər təşkilatlar tərəfindən tənzimlənməsinin) yaradılmasına görə və ya bu Müqavilənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən birdəfəlik məhdudiyyətlərin qoyulmasına görə;
• İnternet istifadəçilərinin və/və ya İnternetdən və/və ya kompüter avadanlığından istifadə ilə ümumi vəziyyəti pisləşdirməyə yönəlmiş digər subyektlərin hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar digər hallara görə;
• Sifarişçinin Müqavilə çərçivəsində xidmətlər üçün seçdiyi ödəniş formasından istifadəsinə (istifadə edə bilməməsinə) və istifadənin hər hansı yanlış nəticəsinə görə.

9. Müqavilənin qüvvədə olması müddəti. Xitam proseduru
9.1. Müqavilə Sifarişçi tərəfindən qəbul edildiyi və ödəniş tam şəkildə edildiyi andan qüvvəyə minir.
9.2. Müqavilə İcraçının təşəbbüsü ilə istənilən vaxt birtərəfli qaydada ləğv edilə bilər.
9.3. Müqavilə qüvvəyə mindiyi gündən etibarən 2 (iki) il sonra İcraçının təşəbbüsü ilə birtərəfli qaydada Kursa giriş baxımından, Platformanın bu hissəsinə girişi təmin etmək üçün təşkilati, texniki və ya hüquqi imkanın olmadığı təqdirdə ləğv edilə bilər.
9.4. Müqavilə istənilən vaxt Sifarişçinin təşəbbüsü ilə birtərəfli qaydada İcraçıya İcraçının salam@universum.az elektron poçtu ilə Müqaviləni ləğv etmə səbəblərini göstərən və həmçinin İcraçıya Platformada Şəxsi Kabinetin sahibini birmənalı şəkildə, pul vəsaitlərinin geri qaytarılması üçün tələb olunan rekvizitləri və digər məlumatları yoxlamağa imkan verən onun (öz) məlumatlarını göstərən bildiriş göndərməklə, ləğv edilə bilər.
9.5. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi halında, İcraçı, pulun qaytarılması Qaydalarında nəzərdə tutulmuş şərtlərlə Xidmətlərin dəyərinin bir hissəsini Sifarişçiyə qaytarır (Müqavilənin 1 nömrəli əlavəsi).

10. Müqavilənin şərtlərinin dəyişdirilməsi
10.1. İcraçı Müqavilənin şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir və bu cür dəyişikliklər Müqavilənin yeni versiyasının İnternet şəbəkəsinin https://universum.az/oferta səhifəsində dərc edildiyi anda qüvvəyə minir. Eyni zamanda, artıq verilmiş giriş haqqının miqdarı baxımından, Müqavilənin köhnə versiyası Tərəflər üçün heç bir dəyişiklik edilmədən qüvvədə qalmağa davam edir. Qalan hissədə (şərtləşdirilməmiş və ikitərəfli razılaşdırılmamış hissədə), Müqavilənin yeni müddəaları geriyə qüvvədədir.
10.2. Müqavilənin yeni bir versiyasının nəşrindən sonra Platformadan istifadə etmək və ya yeni Tətbiqlər göndərmək İstifadəçinin Müqavilənin yeni versiyasının şərtləri ilə razılaşdığını bildirir.
10.3. Sifarişçi, Kursa girişin qorunması şərtilə yalnız İcraçının müvafiq formada təsdiqlənmiş yazılı razılığı və Tərəflərin bağladığı ayrı bir müqavilə əsasında, Müqavilə üzrə hüquq və vəzifələrini üçüncü tərəfə ötürmək hüququna malikdir.
10.4. İcraçı, Müqavilədən irəli gələn bütün öhdəliklər üzrə hüquqları güzəşt etmək, borcları köçürmək (subagentlərin və subİcraçıların cəlb edilməsi daxil olmaqla) hüququna malikdir. Sifarişçi bununla hüquqların güzəşt edilməsinə (ötürülməsinə) və borcun üçüncü şəxslərə köçürülməsinə razılıq verir. Baş vermiş hüquqların güzəşt edilməsi (ötürülməsi) və / və ya borcun köçürülməsi haqqında məlumat İcraçı tərəfindən Sifarişçiyə Şəxsi Kabinetdə müvafiq məlumatları yerləşdirməklə verir.

11. Göndərmələr və şəxsi məlumatlar
11.1. Sifarişçi özünün Saytda qeydiyyatdan keçərkən göstərdiyi və həmçinin habelə Şəxsi Kabinetdə göstərilən şəxsi məlumatlarının https://universum.az/privacy_policy.pdf ünvanında yerləşdirilən “Şəxsi (fərdi) məlumatların emalı və gizlilik siyasəti ilə bağlı qaydalar”ı ilə nəzərdə tutulmuş şərtlər əsasında işlənməsi üçün İcraçıya öz razılığını verir.
11.2. Sifarişçi İcraçıdan SMS göndərmələrin, habelə digər növ poçt və məlumat xüsusiyyətli bildirişlərin (şifahi və yazılı) e-poçt, telefon, poçt siyahıları daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla, hər hansı bir rabitə vasitəsindən istifadə etməklə alınmasına öz razılığını verir. Bu razılıq Sifarişçi tərəfindən istənilən vaxt İcraçıya salam@universum.az elektron poçtuna bildiriş göndərməklə ləğv edilə bilər. Bu razılığın İcraçı tərəfindən Müqavilənin düzgün yerinə yetirilməsi və Platformanın düzgün işləməsi üçün lazım olduğunu nəzərə alaraq, bu bənd üzrə razılıq ləğv edildikdə İcraçı Sifarişçinin Platformadan istifadəsinin tam keyfiyyətli təmin edilməsinə zəmanət vermir.
11.3. Sifarişçi İcraçıdan SMS göndərmələrin, habelə digər növ poçt və reklam xüsusiyyətli bildirişlərin (şifahi və yazılı) e-poçt, telefon, poçt siyahıları daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla, hər hansı bir rabitə vasitəsindən istifadə etməklə alınmasına öz razılığını verir. Bu razılıq, Sifarişçiyə Əlavə ödəniş tələb etmədən Kursun ödənilməsinə qədər Platformanın demo hissəsindən istifadə etmək imkanı üçün İcraçıya verdiyi qarşılıqlı imkandır. Bu razılıq Sifarişçi tərəfindən istənilən vaxt İcraçıya salam@universum.az elektron poçtuna bildiriş göndərməklə ləğv edilə bilər.
11.4. Sifarişçi, İcraçının İcraçı və təqdim etdiyi xidmətlər haqqında Sifarişçinin Sosial şəbəkələrdə İcraçının rəsmi qruplarında Sifarişçi tərəfindən İcraçının rəsmi internet saytlarında, İcraçının məlumat və reklam materiallarında bu cür rəyləri yerləşdirmək məqsədilə qoyulan rəyindən istifadə etməyi qəbul edir. Bu razılıq Müqavilənin bağlandığı gündən etibarən etibarlıdır. Bu razılıq, Müqavilənin 15-ci maddəsində göstərilən İcraçının ünvanına yazılı müraciət göndərməklə istənilən vaxt Sifarişçi tərəfindən ləğv edilə bilər.
11.5. Sifarişçi Sifarişçinin şəklinin eynilə bir-birindən asılı olmayan bu cür video materialların çərçivələrində qeydə alınmış, eləcə də İcraçının rəsmi internet saytlarında belə bir şəkil yerləşdirmək üçün hər hansı digər obyektlərə yerləşdirilmiş, İcraçının məlumat və reklam materiallarında və İcraçının fəaliyyəti ilə əlaqəli və mövcud qanunvericiliyə zidd olmayan hər hansı digər məqsədlərdən ötrü qeydə alınmış foto və video materiallarda dərc edilməsi və sonrakı istifadəsi üçün İcraçıya öz razılığını verir. Bu razılıq Müqavilənin bağlandığı gündən etibarən etibarlıdır və Sifarişçi tərəfindən Platformaya daxil olduğu müddət ərzində İcraçı tərəfindən yaradılan və bu müddət ərzində Sifarişçidən alınan hər hansı bir obyektə aiddir. Bu razılıq, Müqavilənin 15 -ci hissəsində göstərilən İcraçının ünvanına elektron müraciət göndərməklə istənilən vaxt Sifarişçi tərəfindən ləğv edilə bilər.
11.6. Sifarişçi onlardan müxtəlif həvəsləndirici bəxşişlər (bonuslar, endirimlər) almaq üçün İcraçının tərəfdaşlarından reklam və məlumat materialı almaq üçün razılıq verir. Alınma şərtləri və təşviqlərin miqdarı İcraçının tərəfdaşları tərəfindən müstəqil olaraq müəyyən edilir. İcraçının ortaqlardan (tərəfdaşlarından) həvəsləndirmə şərtlərində dəyişiklik olduğu təqdirdə, Şəxsi Kabinetdə göstərilən elektron poçtla Sifarişçiyə yazılı bildiriş göndərməklə tərəfdaşlardan bonusları dəyişdirmək, əlavə etmək və ləğv etmək hüququna malikdir. Belə dəyişikliklər baş verərsə, Sifarişçi İcraçıdan tərəfdaşlardan əvvəlki təşviq şərtlərini saxlamağı tələb etmək hüququna malik deyil və bu dəyişikliklərlə əlaqədar İcraçıdan heç bir ödəniş və zərər tələb etmək hüququna malik deyil. Sifarişçi bununla başa düşüb qəbul edir ki, İcraçı tərəfdaşların müstəqil qərarlarına görəməsuliyyət daşımır və bu dəyişiklik müəyyən edən qərarlarına nəzarət etmir. Bu bunndə qeyd edilən razılıq, Müqavilənin 15-ci maddəsində göstərilən İcraçının ünvanına yazılı müraciət göndərməklə istənilən vaxt Sifarişçi tərəfindən ləğv edilə bilər.

12. Mübahisələrin həlli qaydası
12.1. Sifarişçi ilə İcraçı arasında hər bir tərəfin Müqavilənin şərtlərini yerinə yetirməsi ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə və həmçinin hər hansı digər fikir ayrılıqları yarandıqda, bu cür fikir ayrılıqları məcburi məhkəmədən qabaq iddia qaldırma prosedurundan istifadə etməklə həll edilməlidir. İcraçı, Sifarişçiyə Saytda qeydiyyatdan keçərkən Sifarişçinin göstərdiyi salam@universum.az elektron poçt ünvanına elektron formada bir iddia göndərməyi, eləcə də Müqavilənin 15-ci maddəsində göstərilən İcraçının ünvanına yazılı şəkildə iddianı təkrarlamağı öhdəsinə götürür. Sifarişçi elektron ünvanına elektron formada İcraçıya şikayət göndərməyi öhdəsinə götürür. İddiaya cavab vermək üçün son tarix, alındığı gündən 10 (on) iş günüdür. Azərbaycan Respublikasını qanunvericiliyi daha qısa bir müddət təyin edərsə, qanunvericiliklə müəyyən edilmiş müddət tətbiq olunur. Tərəflərdən biri yuxarıda göstərilən bütün şərtləri yerinə yetirmədikdə məcburi şikayət proseduru yerinə yetirilmiş sayılmır.

13. Bildirişlər və elektron sənəd dövriyyəsi
13.1. Müqavilədə və ya tətbiq olunan qanunda başqa hal nəzərdə tutulmayıbsa, Tərəflərin bir-birinə göndərdikləri hər hansı bir bildiriş, istək və ya digər mesajlar (yazışmalar) yazılı şəkildə hazırlanmalı və qəbul edən Tərəfə poçtla, sifarişli poçtla (Müqavilənin 15-ci maddəsində göstərilən İcraçının ünvanına və (və ya) Platformada qeydiyyat zamanı göstərilən Sifarişçinin ünvanına), e-poçtla və ya kuryer xidmətindən istifadə edilməklə göndərilməlidir. Yazışmaların alınma tarixi poçt göndərişinin çatdırılması haqqında bildirişin alındığı, o cümlədən sifarişli məktubun alındığı, elektron poçtla göndərildikdə, elektron çatdırılma təsdiqi (beləsi olmadıqda mesajın göndərildiyi an) tarixi və ya məktubun (yazışmanın) kuryer tərəfindən göndərildikdə, çatdırılma tarixi çatdırılma günü hesab olunur. Mübahisələrə məhkəmədə baxılarkən Tərəflərin elektron poçt vasitəsilə yazışmaları və Şəxsi Kabinet vasitəsi ilə yazışmaları Tərəflər tərəfindən kifayət qədər sübut kimi tanınacaq.
13.2. Müqavilənin icrası (dəyişdirilməsi, əlavə edilməsi, ləğv edilməsi), habelə bu məsələlər üzrə yazışmaların aparılması zamanı Tərəflərin əllə çəkilən imzasının analoqlarının istifadəsinə icazə verilir. Tərəflər Tərəflərin əlyazma imzasının analoqları ilə imzalanmış Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi çərçivəsində bütün bildirişlər, mesajlar, müqavilələr və sənədlərin hüquqi qüvvəyə malik olduğunu və Tərəflər üçün məcburi olduğunu təsdiqləyir. Əllə çəkilmiş imzanın analoqları deyildikdə, səlahiyyətli elektron poçt ünvanları və Şəxsi Kabinetin uçot məlumatları başa düşülür
13.3. Tərəflər qəbul edir ki, səlahiyyətli e-poçt ünvanlarından və Şəxsi Kabinetdən istifadə edərək göndərilən bütün bildirişlər, mesajlar, müqavilələr, sənədlər və məktublar, bu cür məktubların açıq şəkildə əksini göstərmədiyi hallar istisna olmaqla, Tərəflərlə göndərilmiş və imzalanmış hesab olunur.
13.4. Tərəflərin etibarlı və daimi elektron poçt ünvanları aşağıdakılardır:
· İcraçı üçün: salam@universum.az və yaxud Müqavilədə göstərilən digəri;
· Sifarişçi üçün: Saytda qeydiyyat zamanı göstərilən elektron poçt ünvanı.
13.5. Tərəflər səlahiyyətli e-poçt ünvanlarına və Şəxsi Kabinetə daxil olmaq üçün lazım olan məlumatların və məlumatların məxfiliyini təmin etməyi, bu cür məlumatların açıqlanmasına və üçüncü şəxslərə verilməsinə icazə verməməyi öhdələrinə götürürlər. Tərəflər bu cür məlumatlara girişin məhdudlaşdırılması qaydasını müstəqil olaraq müəyyənləşdirirlər.
13.6. Sifarişçidən məxfilik rejiminin pozulması barədə məlumat alınana qədər, Sifarişçinin səlahiyyətli elektron poçt ünvanından və Şəxsi Kabinetdən istifadə edərək edilən və göndərilən bütün hərəkətlər və sənədlər, belə hərəkətlər və sənədlər başqa şəxslər tərəfindən həyata keçirilərək göndərilmiş olsa belə yerinə yetirilmiş və Sifarişçi tərəfindən yönləndirilmiş hesab olunur. Bu halda İstifadəçinin hüquq və vəzifələri, habelə məsuliyyəti ortaya çıxır.
13.7. Xidmətdən məxfilik rejiminin pozulması barədə məlumat alana qədər, Xidmətin səlahiyyətli elektron poçt ünvanından istifadə edərək edilən və göndərilən bütün hərəkətlər və sənədlər, belə hərəkətlər və sənədlər digər şəxslər tərəfindən törədilmiş və yönəldilmiş olsa belə, yerinə yetirilmiş və Xidmət tərəfindən yönləndirilmiş hesab olunur.

14. Digər şərtlər
14.1. Sifarişçi, Kursa girişin qorunması şərtilə, Müqavilə üzrə hüquq və vəzifələrini üçüncü tərəfə yalnız İcraçının yazılı razılığı və Tərəflərin bağladığı ayrı bir müqavilə əsasında ötürmək hüququna malikdir.
14.2. Xidmətin bir hissəsi olaraq İstifadəçiyə Xidmətin tərəfdaşlarından müxtəlif stimullar (bonuslar, endirimlər) almaq imkanı verilir. Alınma şərtləri və təşviqlərin miqdarı Xidmətin tərəfdaşları tərəfindən müstəqil olaraq müəyyən edilir. Tərəfdaşların həvəsləndirmə şərtlərində dəyişiklik olduğu təqdirdə, Xidmət bu Müqavilə ilə müəyyən edilmiş qaydada İstifadəçiyə yazılı bildiriş göndərməklə tərəfdaşlardan bonusları dəyişdirmək, əlavə etmək və silmək hüququna malikdir. Bu cür dəyişikliklər halında İstifadəçi, tərəfdaşlardan əvvəlki təşviq şərtlərini saxlamağı Xidmətdən tələb etmək hüququna malik deyil və bu dəyişikliklərlə əlaqədar heç bir ödəniş və zərər tələb etmək hüququna malik deyil. İstifadəçi, Xidmətin tərəfdaşlardan müstəqil olaraq heç bir dəyişiklik etmədiyini və məsuliyyət daşımadığını və bu dəyişikliklərə nəzarət etmədiyini başa düşür və qəbul edir.
14.3. Müqavilənin şərtlərindən birinin etibarsız olması bütövlükdə bütün Müqavilənin etibarsızlığına səbəb olmur. Müqavilənin şərtləri etibarsız sayılırsa, tərəflər danışıqlara girməli və müqaviləni qüvvədə qalmağa davam edəcək şəkildə dəyişdirməlidirlər.
14.4. Müqavilə ilə tənzimlənməyən qalan məsələlərlə bağlı, Tərəflər, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tuturlar.

15. İcraçının Rekvizitləri

İcraçı:

“KİBRİT.TECH” MMC
VÖEN 1304748721

Faktiki ünvan: AZ1022,
Baku C. Məmmədquluzadə 102A City Point.
Tel : +994 (012) 404 31 40
VÖEN: 1700767721
KOD: 505141
Müxbir/H: AZ82NABZ01350100000000071944
Manat H/H: AZ13PAHA40060AZNHC0100000288
SWİFT: PAHAAZ22



1 saylı Müqaviləyə dair Əlavə

Pul vəsaitlərinin geri qaytarılması qaydası


Pul vəsaitlərinin geri qaytarılması üçün bu Qaydalar (bundan sonra Qaydalar), Müqavilənin vaxtından əvvəl ləğv edilməsi halında İcraçı ilə Sifarişçi arasındakı Xidmətlərin ödənilmiş dəyərinin geri qaytarılması ilə bağlı münasibətləri tənzimləyir.

1. Azərbaycan Respublikası mülki qanunvericiliyin tələblərinə əsasən pulun geri qaytarılması (müqavilənin ləğvi yolu ilə), tərəflərin Müqavilə üzrə öhdəliklərini yerinə yetirməzdən əvvəl, yəni Platformaya giriş təmin olunana qədər mümkündür (bu şərt sınaq dərslərinə şamil edilmir).
2. Sifarişçi Müqaviləni ləğv edərsə və geri ödəmə hüququna sahib olarsa, İcraçı Sifarişçiyə geri qaytarılması üçün ərizə forması (bundan sonra "Ərizə") göndərir. Sifarişçi, İcraçıdan onun alındığı tarixdən ən geci 5 (beş) iş günündən gec olmayaraq ərizə formasını düzgün doldurub, imzalayıb onun skanını salam@universum.az elektron poçt ünvanına və orijinalını AZ1078, C. Məmmədquluzadə 102A, City Point, 10 mərtəbə, “Kibrit.Tech” MMC fiziki ünvanına göndərməyi öhdəsinə götürür.
3. Kredit/hissə-hissə ödəmə şəklində ödəniş edildikdə və Sifarişçi Müqavilədən imtina etdikdə, İcraçı Sifarişçiyə yalnız özünə çatan müvafiq ödəniş hissəsini qaytarır və tərəfdaş bankla və ya ödəniş operatoru ilə bağlı Sifarişçinin çəkdiyi faizlər və ya xərclər İcraçı tərəfindən kompensasiya edilmir.